...

Müsavat Partiyası üzvünün məhkəməsinin keçiriləcəyi tarix müəyyənləşdirilib

Cəmiyyət Materials 4 May 2007 13:06 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Müsavat Partiyasının üzvü Mehdi Mehdiyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə mayın 17-də Apellyasiya Məhkəməsində hakim Mübariz Zeynalovun sədrliyi ilə məhkəmə prosesi keçiriləcək.

Mehdiyevin vəkili Tufan Kərimov cümə günü Trend ə bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs artıq cəza çəkdiyi 10 saylı cəzaçəkmə müəssisəsindən Bayıldakı 1 saylı Istintaq Təcridxanasına köçürülüb.

Mehdiyevə qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.1 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb. O, "Lider" Televiziyasının keçmiş əməkdaşı Sahil Kərimovu 2003-cü ilin prezident seçkilərindən sonra baş verən kütləvi iğtişaşlarda döyüb bədən xəsarəti yetirməkdə təqsirli bilinərək Səbayel rayon məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Mehdiyevin adı AŞ-yə təqdim edilən siyası məhbuslar siyahısına salınıb. AŞPA-nın Azərbaycanla bağlı sonuncu qətnaməsinin qəbulundan sonra Mehdiyevin işinin obyektiv araşdırılması üçün bir qrup hüquq müdafiəçisi məhkəməyə müraciət edib.

.

Xəbər lenti

Xəbər lenti