...

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri: "Ölkədə fəaliyyət göstərən qeyri-ənənəvi dini etiqadlar zəifləyiblər"

Cəmiyyət Materials 10 May 2007 14:18 (UTC +04:00)
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri: "Ölkədə fəaliyyət göstərən qeyri-ənənəvi dini etiqadlar zəifləyiblər"

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bəyan edib ki, ölkədə qeyri-ənənəvi dini etiqadlar mövcuddur. Onun sözlərinə görə, bunlar arasında islam və qeyri-islam yönlü etiqadlar da var.

"Azərbaycanda fəaliyyət göstərən qeyri-ənənəvi dini etiqadlar kiçik qruplardır və getdikcə zəifləyirlər. Onlarla bağlı müəyyən işlər aparılır" - deyə Orucov bildirib. O, qeyri-ənənəvi dini etiqadların sayı barədə məlumat verməyib.

Komitə sədri deyib ki, ölkənin din sahəsindəki durumunu təhlil etmək üçün regionlarda müşavirələr davam etdiriləcək. Artıq Azərbaycanın şimal və cənub bölgəsində müşavirələr keçirilib. Sabah isə Dəvəçi və Siyəzəndə müşavirələr keçiriləcək.

Dini kitabların Azərbaycana gətirilməsinin çoxaldığını deyən Orucov bunu ölkədə demokratiyanın, dini etiqad azadlığının bütövlükdə təmin olunmasının göstəricisi kimi qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti