...

Vətənə xəyanətdə təqsirləndirilən daha 3 əsgər məhkəmə qarşısındadır

Cəmiyyət Materials 1 İyun 2007 18:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hakim İsgəndər Hacıyevin sədrliyi ilə dövlətə xəyənətdə ittiham olunan Azərbaycan Silahlı Qüvvəllərinin əsgərləri Elçin Əhmədov, Ramin Məmmədağayev və Ağasəlim Səlimovun işi üzrə məhkəməyə hazırlıq iclası keçirilib.

Qeyd edək ki, əsgərlər Cinayət Məcəlləsinin 274 (dövlətə xəyənət) və 338.1 (döyüş növbəsi çəkmə qaydalarını pozma) maddələri ilə ittiham olunurlar. İttiham aktına görə, adları çəkilən əsgərlər 2006-cı ilin iyul-oktyabr ayları ərzində ermənilərlə bir neçə dəfə görüşüblər və dövlət əhəmiyyətli məlumatları düşmənə ötürüblər. Onlar əməllərindən xəbər tutan Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində həbs olunublar. Hazırlıq iclasında qərara alındı ki, məhkəmə iclası qapalı şəklində keçirilsin və hakim məhkəmə baxışını iyunun 10-na təyin etdi.

Xəbər lenti

Xəbər lenti