...

Keçmiş iqtisadi inkişaf nazirinin məhkəməsi təqsirləndirilən şəxslərin ifadələri ilə davam etdirilir

Cəmiyyət Materials 7 İyun 2007 18:57 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində hakim Tofiq Paşayevin sədrliyi ilə keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin, onun qardaşı, "Azpetrol" şirkətlər qrupunun keçmiş prezidenti Rafiq Əliyevin və onlarla birlikdə təqsirləndirilən 17 şəxsin məhkəməsi təqsirləndirilən şəxslərin ifadələri ilə davam etdib.

Günün ikinci yarısı təqsirləndirilən şəxslər Məhəmmədnəbi Rüstəmov və Mirsalam Əhmədov ifadə veriblər.

Əhmədov ifadəsində göstərib ki, İqtisadi inkişaf nazirliyində işləyən yaxın qohumu Mirməcid Əhmədova müraciət edərək iş axtardığını bildirib (Mirməcid Əhmədov özü də təqsirləndirilən şəxslərin sırasındadır). Əhmədov isə ona Respublika Auksion Mərkəzində iş təklif edib. Təqsirləndirilən şəxsin dediyinə görə, onun işi Auksion mərkəzində onun üçün ayrılmış kabinetdə əyləşib, pul gəbul etmək, sonra isə həmin pulu İqtisadi İnkişaf Nazirliyi mütəxəssislərinin vasitəsilə Fərhad Əliyevə göndərmək olub. Mirsalam Əhmədov prokurorların suallarına cavab verib ki, hər gün pul qəbul etdiyi şəxslərlə tanış olmayıb.

Digər təqsirləndirilən şəxs Rüstəmov isə ifadəsində göstərib ki, Naxçıvanda yaşayan yaxın qohumu Aqil Həsənov ona adına bir obyekt özəlləşdirməsini təklif edib, o da razılıq verib. Lakin bir müdddətdən sonra onu DİN Baş Cinayətkarlıqla Mübarizə idarəsinə çağırıblar və adına olan çoxsaylı obyektlərin, ATA bankdakı 130 min ABŞ dollarının və Mingəçevirdə kihansısa zavodun hansı yolla özəlləşdirilməsi ilə maraqlanıblar: "Mən yalnız bu zaman bildim ki, adıma bu gədər obyekt və pul var. Onların hansı yolla adıma keçirilməsindən xəbərim olmayıb və bunlar mənimlə razılaşdırılmayıb".

İyunun 8-də məhkəmədə "Azpetrol" Şirkətlər Qrupunun keçmiş prezidenti Rafiq Əliyev ifadə verəcək.

Xəbər lenti

Xəbər lenti