...

Peşəkar boksçu Əli İsmayılovun rəqibi Belçikadan olacaq

Cəmiyyət Materials 11 İyun 2007 15:06 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ WBO-Latino kəmərinin sahibi olan Əli İsmayılovun növbəti reytinq döyüşünün rəqibi məlum olub. İdmançının verdiyi məlumata görə, Sankt-Peterburqda peşəkar boks gecəsi çərçivəsində keçiriləcək döyüşdə belçikalı İsmail Abdula qarşı çıxacaq. Abdul peşəkar boksçu kimi ad qazanıb.

İdmançımızın da peşəkar rinqdə çıxışlarının yaxşı statistikası var. Əli keçirdiyi 10 döyüşdə yalnız birində məğlub olub.

Bundan əlavə Sankt-Peterburqda peşəkar boks gecəsində daha bir azərbaycanlı rinqə çıxacaq. Elçin Nağıyev rusiyalı Aleksandr Şedrinə qarşı döyüşəcək.

Xəbər lenti

Xəbər lenti