...

Bəstəkarlar İttifaqının yeni rəhbəri Firəngiz Əlizadə oldu

Cəmiyyət Materials 21 İyun 2007 13:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyun /müx. "TrendLife" Eldar Hüseynzadə/ Dünən Bəstəkarlar İttifaqının qurultayı saat 21:00-a qədər davam etdi. Başa düşmək olar. Hər halda 17 il idi ki, qurultay yox keçirilmirdi. Hər kəsin deməyə sözü vardı. "TrendLife"a İttifaqın məsul katibinin verdiyi məlumata görə, əvvəlcə heyət üzvləri seçildi. Onların ümumi sayı 21 nəfər oldu. Tərkibə Xəyyam Mirzəzadə, Oktay Zülfüqarov, Arif Məlikov, Ramiz Zöhrabov, Eldar Mansurov, Lalə Hüseynova, Rəna Məmmədova, Azər Dadaşov daxil idi. Onlar gizli səsvermə keçirdilər. Üç nəfərin namizədliyi irəli sürülmüşdü. Arif Məlikov, Firəngiz Əlizadə və Sərdar Fərəcov. Seçicilər tərəfindən ən çox səs toplayan Firəngiz Əlizadə oldu. Bu seçim üzvləri çox təəccübləndirmədi. Çünki öncələr də belə bir söhbət gedirdi ki, məhz Firəngiz xanım İttifaqa rəhbərlik etməlidir. Qurultayın növbəti seçimi isə 17-20 ildən sonra yox, 5 ildən sonra olacaq.

Xəbər lenti

Xəbər lenti