...

UEG-in vitse-prezidenti: Əminəm ki, Avro-2007 Bakıda yüksək səviyyədə keçəcək

Cəmiyyət Materials 28 İyun 2007 17:31 (UTC +04:00)
UEG-in vitse-prezidenti: Əminəm ki, Avro-2007 Bakıda yüksək səviyyədə keçəcək

Azərbaycan, Bakı/müx. Trend Z.Səfərov/ Avropa Gimnastika Birliyinin vitse-prezidenti Corc Gelzek bəyan edib ki, iki il bundan əvvəl dünya çempionatının Bakıda çox gözəl təşkil olunması deməyə əsas verir ki, Azərbaycanda keçiriləcək Avro-2007 yüksək səviyyədə olacaq. Mətbuat konfransı zamanı o əmin olduğunu bildirib ki, start yüksək səviyyədə keçəcək, belə ki, lisenziya xarakteri daşıyacaq və Patrada keçiriləcək mundial nöqteyi -nəzərindən birincilik çox mühümdür.

"Əgər Olimpiadada gimnastların keyfiyyət tərkibini nəzər alsaq, Avropanın nümayəndələri oyunlarda altmış faiz təşkil edir. Belə ki, Avro-2007 nəinki qitənin , eləcə də dünyanın güclü gimnastlarının nümayişi olacaq" - deyə Gelzek bildirib.

Onunla yığmanın baş məşqçisi Valentina Ukleina da razı olduğunu bildirərək qeyd edib ki, son illərdə Azərbaycan gimnastları daha da ustalaşıblar və çempionatda daha yüksək yerlərə iddia edə bilərlər.

Milli Federasiyanın vitse-prezidenti Altay Həsənov qeyd edib ki, xanımların Avro-2007-də iştirakının özü bir uğurdur.

Xəbər lenti

Xəbər lenti