...

"Neftçi" suriyalı forvardla maraqlanır

Cəmiyyət Materials 4 İyul 2007 13:54 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ "Neftçi" klubu UEFA Kuboku öncəsi heyətini suriyalı forvardla gücləndirə bilər.

Klubun rəsmi saytının yaydığı məlumata görə, komandanın diqqəti "Əl-İttihad"da çıxış edən Fəttah Əl-Ağa adlı oyunçuya yönəlib. Yaxın zamanlarda oyunçunun baxış məqsədilə komandanın düşərgəsinə gələcəyi gözlənilir. Hazırda "Neftçi" Avstriyada təlim-məşq toplanışındadır.

"Neftçi"nin baş məşqçisi Qurban Qurbanov indi klubu gücləndirə biləcək oyunçuları baxışdan keçirir. Məqsəd təkcə UEFA Kubokunda deyil, Azərbaycan birinciliyində də uğurla çıxış etməkdir. Son iki mövsüm "Neftçi" daxili birincilikdə "qazıl" qazana bilmir.

Xəbər lenti

Xəbər lenti