...

Azərbaycan YUNESKO-nun mədəni irs siyahısına daha bir neçə tarixi abidəni daxil etmək niyyətindədir

Cəmiyyət Materials 4 İyul 2007 15:06 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir K.Ramazanova /Azərbaycan YUNESCO Ümumdünya Mədəni İrs siyahısına ölkə ərazisində yerləşən daha bir neçə tarixi abidəni daxil etmək niyyətindədir. Azərbaycnın mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin çərşənbə günü jurnalistlərə bildirdiyinə görə, bunların sırasında Şəki, Naxçıvan və Bakının mədəni-tarxi abidələri var.

YUNESCO Ümumdünya Mədəni İrs siyahısına hər hansı bir abidəni daxil etmək kifayət qədər çətin prosedurdur. YUNESKO-nun tələblərinə uyğun gəlmə barədə sənədlər hazırlamaq lazımdır.

Bu siyahıya artıq Azərbaycanın "Qobustan" tarixi abidəsi daxil edilib.

"Qobustan" qayaüstü rəsmləri 1930-cu ildə Azərbaycan alimlərinin diqqətini cəlb edib və elə o vaxtdan da onların geniş həcmli araşdırılmasına başlanılıb. 1966-cı ildə Azərbaycn hökumətinin qərarı ilə "Qobustan" tarixi- mədəni dövlət qoruğu elan edilib.

2002-ci ildən Azərbaycan hökuməti "Qobustan"ın YUNESCO Ümumdünya Mədəni İrs siyahısına daxil edilməsi üçün müvafiq sənədləri hazırlayıb. Bu dövr ərzində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycana YUNESCO baş direktoru Kouçiro Matsuura dəvət edildi və qonaq açıq səma altındakı nadir muzeyə səfər etdi. 2007-ci il 11 iyunda isə Azərbaycan prezidenti İlham Əliyev qoruğun dünyada geniş təbliği məqsədilə "Qobustan" dövlət tarixi-mədəni qoruğu ərazisində yerləşən tarixi və mədəni dəyərlərin mühafizəsi haqqında" sərəncam imzalayıb. Bu, abidənin YUNESCO Ümumdünya Mədəni İrs siyahısına daxil edilməsinə yardım etdi.

Xəbər lenti

Xəbər lenti