...

Gələn həftədən ORT və STV-nin yayımı dayandırılacaq

Cəmiyyət Materials 6 İyul 2007 15:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 iyul/müx. "TrendLife" Fərid Sadıxov / Azərbaycanda xarici telekanalların yerli tezliklərdə yayımının dayandırılması barədə Teleradio Şurasının bir müddət öncə qəbul etdiyi qərar yerinə yetiriləcək. Şuranın sədri Nuşirəvan Məhərrəmli bildirib ki, iyulun 9-dan etibarən Rusiyanın ORT və Türkiyənin STV kanallarının Azərbaycanda yayımlanması dayandırılacaq. Çünki şuranın onların fəaliyyətinin davam etdirilib-etdirilməməsilə bağlı qarşı tərəfə ünvanladığı müraciətlər cavabsız qalıb.

Məhərrəmlinin sözlərinə görə, iyulun 9-da Milli Televiziya və Radio Şurasının iclası keçiriləcək. İclasda xarici telekanalların yayımının dayandırılması və boşalan tezliklərin resurslarından səmərəli istifadə məsələsi barədə konkret qərarlar qəbul ediləcək.

Dünya təcrübəsi nəzərə alındığından xarici telekanallar Azərbaycan ərazisində yalnız kabel və peyk vasitəsilə yayımlana bilər.

Xəbər lenti

Xəbər lenti