...

Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək

Cəmiyyət Materials 7 İyul 2007 11:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycanda hava şəraiti şənbə günü axşamdan başlayaraq iyulun 12-dək qeyri-sabit keçəcək. Bu barədə şənbə günü Trend ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyeva məlumat verib.

Onun sözlərinə görə, iyulun 7-dən 8-nə keçən gecə ölkə ərazisində güclü şimal küləyinin əsməsi nəticəsində havanın temperaturu 5-7 dərəcə düşəcək. Tağıyeva bildirib ki, hesabat dövründə ayrı-ayrı günlərdə ölkə ərazisində, o cümlədən Bakıda yağış yağacaq, dağətəyi və dağlıq ərazilərdə isə yağış leysan xarakterli olacaq. Bu müddətdə maksimal temperatur 25-28 dərəcə olacaq.

Xəbər lenti

Xəbər lenti