• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • Cəmiyyət

İyulun 11-i kinorejissor Rasim Ocaqovun vəfat etdiyi gündür

11 İyul 2007 12:33 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, Bakı, 11 iyul /müx. " Vüqar İmanov/ İyulun 11-i Azərbaycanın təkrarolunmaz kinorejissoru Rasim Ocaqovun vəfat etdiyi gündən bir il keçir. O, iyirminci əsrin ən görkəmli kino ustadlarından biri idi. Azərbaycan incəsənətinin inkişafında mühim rol oynayan bu insan kino sənətimizə böyük uğur gətirib. Onun işləri Azərbaycan kinomatoqrafiyasının qızıl fonduna daxil olub. İstedadlı kinorejissor Ocaqov milli mədəniyyətin inkişafında göstərdiyi xidmətlərə görə yüksək qiymətlərə layiq görülüb. O. bir çox dövlət mükafatlarına, fəxri adlara, həmçinin "Şöhrət" ordeninə layiq görülmüşdü. Ocaqovun hələ 80-ci illərdə çəkdiyi filmlər nəinki Azərbaycanda, bütün Sovet İttifaqında tanınmışdı. Müəllifi Rüstəm İbrahimbəyov olan "İstintaq" filmi o dönəmlərdə böyük uğur qazanmışdı. Hətta SSRİ dövlət mükafatına layiq görülmüşdü. "Arşın mal alan" filmi 1948-ci ildə Stalin mükafatına layiq görüldüyü kimi, həmin hadisədən 33 il sonra Ocaqov bir daha Azərbaycan kinosunun yüksək səviyyədə olduğunu sübut etdi.

SSRİ xalq artisti Aleksandr Kalyagin

"Mənim həyatda ən yadda qalan xoşbəxt günlərimdən biri onunla işlədiyim anlardır. Ondan insana yalnız müsbət enerji gəlirdi. O, çox şən, yüksək itedada malik bir insan idi. Ən əsası isə onda şərq müdrikliyi vardı. Onun sevgisinin sərhədi yox idi. Mən onun bir neçə filminə çəkilmişəm. Filmlərdə onun düzlüyü məni valeh edirdi. Heç yadımdan çıxmır, biz "İstintaq" filmində çəkilərkən elə anlar olurdu ki, o, heç cür güzəştə getmirdi, heç yerdə yalan danışmırdı. Mən onda etiraf etdim ki, əgər mənim həyatımda müstəntiq Qəniyev olmasaydı, hər şey dəhşətli olardı. Ona görə yox ki, bu rola görə SSRİ dövlət mükafatı almışam, ona görə ki bu rol mənə həm insan, həm də artist kimi çox şeylər verdi".

Ocaqov adı böyük hərflərlə yazıla bilən bir rəssam idi. Yalan danışmaq, ikiüzlülük ilə arası yox idi. O, haqlı və dəqiq insan idi. Özü-özünü xoşbəxt insan sayırdı. Məhz buna görə də onun filmləri çox uğurlu alınırdı.

Senarist, kinorejissor Ramiz Fətəliyev

"O, yalanı qəbul edə bilmirdi. O, hər zaman saxtalığı hiss edirdi. O, yaltaqlanmağı sevmirdi. Özündən razı olanları heç sevməzdi. Onun insanlara münasibəti cəmiyyətdə kimliyindən asılı olmayaraq, eyni idi. O, hamı ilə eyni tərzdə danışırdı. Ölkə rəhbərindən tutmuş, fəhləyə qədər. O, heç vaxt heç nəyi kimə və yaxud nəyəsə görə etmirdi. İstəmirdi. (Bəlkədə edə bilmirdi). Amma təklif edirdilər. Özü də bir neçə dəfə. O, heç vaxt özü üçün heç nə xahiş etmirdi. O, bizim kinomatoqrafiyada yeganə insan idi ki, öz sənətini digər sənətə dəyişib. İkinci sənəti ona daha çox uğur gətirmişdi. Məhz ona görə ki, o, çalışmağı çox sevirdi. O, özünə qarşı çox tələbkar idi. Özünə tələbkarlığının deyə bilərəm ki, sərhədi yox idi. Mən bir şey deyim ki, yaxşı rəssamın yeri həmişə boş qalır. İyulun 11-i həqiqətən də Rasim Ocaqovun yeri boş qaldı. Və həmişə də boş olacaq".

O, istedadlı insan idi. Arada olurdu ki, işsiz otururdu. Ona görə yox ki, çəkməyə heç nə yox idi. İş ondadır ki, o, prinsipial insan idi və ürəynə nə yatırdısa, onu da çəkirdi.

Kinomatoqrafçılar İttifaqının sədri, Azərbaycanın xalq artisti Rasim Balayev

"Əgər senari onun xoşuna gəlmirdisə, deyirdi ki, "Bu mənlik deyil". Mən kinostudiyada bir çoxlarını tanıyırdım, onlara nə təklif edirdilərsə, qəbul edirdilər. Həm komediya, həm hekayə, həm daram, bir sözlə hər şey. Çəkiliş meydançasında həddən artıq ciddi idi. Mən çox şeyləri ondan öyrənmişəm. Mən rola girəndə teatr kimi alınırdı. Onda Rasim məni saxlayırdı. Söyləyirdi ki, kino sadəliyi sevir. Kinoda zərif oynamaq lazımdır".

O, yerli kinomatoqrafiya aləmində günya kinosunun adətlərindən istifadə etməyi bacaran insanlardan biri idi. Kompazisiya, kadrların dəqiqliyi, dramatik epizodlarda ciddi və dəqiq, lirikada isə incə pastel.

O, dünyanın ən yaxşı təhsil mərkəzlərindən biri olan Ümumittifaq Dövlət Kinomatoqrafiya İnstitutunu bitirmişdi. Kinorejissorun sözləri incəsənət adamlarına rahatlıq vermirdi.Tanınmış rejissor Sergey Qerasimovun rejissor olmaq istəyən operatorlara acı zarafatı vardı: "O insan ki, dünyaya ancaq balaca kameranın gözü ilə baxır, necə əsər səhnələşdirə bilər?" Əlbəttə ki, bunu bacaranlar vardı. Ocaqov da məhz həmin istedadlardan idi. Ocaqov arzularını reallaşdırmaq üçün Bakı Teatr İnstitutunun rejissorluq fakültəsinə daxil oldu. Əlində rejissor diplomu əlbəttə lazım idi. Ocaqov nəhayət ki, kino çəkməyə nail oldu. Nəticədə o nəinki çəkdi, hətta ürəyincə olan əsəri çəkdi. O, ilk öncə İsa Hüseynovun povesti əsasında "Tütək səsi" filmini çəkdi, daha sonra bir neçə il Rüstəm İbrahimbəyovla bərabər işlədi. Birgə əməkdaşlıq onların hər ikisinə uğur gətirdi.

Azərbaycanın xalq artisti, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı Şəfiqə Məmmədova

"Biz onunla dost idik. Mən onu çox yüksək qiymətləndirirdim, həm insan kimi, həm də kinorejissor kimi. O, mənə o qədər sevinc bəxş etmişdi ki. Mənim ən yaxşı rollarım onunla və onun filmləri ilə bağlıdır. Azadlıq, özünə inam bəxş etmişdi mənə. Demək olar ki, hər gün onunla söhbət edirdim. Mən onunla həmişə görüşəndə deyirdim: "Nədi yenə siqaret çəkirsən, axı bu sənə ziyandır!" Cavabında isə o gülür və deyirdi: "İndi olar!"

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper
Kateqoriyasında olan digər xəbərlər
Bakıda yeni kartinq mərkəzi istifadəyə verildi
Cəmiyyət 12:20
"AZERNEWS" qəzetinin növbəti nəşri çapdan çıxıb
Cəmiyyət 11:18
Müəllif Hüquqları Agentliyi 22 il ərzində 11 554 əsəri qeydiyyatdan keçirib (FOTO)
Cəmiyyət 11:04
"Formula 1" ilə bağlı avtobuslarda “Təhlükəsizlik ayı”na start verildi
Cəmiyyət 10:24
DİM müsahibədə iştirak etməyən namizədlərə növbəti dəfə xəbərdarlıq edib
Cəmiyyət 10:06
DİM jurnalistika üzrə təhsil alan bakalavrlara müraciət etdi
Cəmiyyət 09:49
Azərbaycanda tütünlə bağlı daha bir qadağa qüvvəyə mindi
Cəmiyyət 09:15
Rob Sobhani: Azərbaycan sabit ölkə olaraq bundan sonra da etibarlı tərəfdaş kimi qəbul ediləcək
Cəmiyyət 08:04
Rublun məzənnəsinin ucuzlaşması manata təsir edəcəkmi?
Cəmiyyət 19 Aprel 22:10
Moskvada ulu öndər Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın bölmə iclası keçirilib
Cəmiyyət 19 Aprel 20:16
Sərgilər bürosu: Azərbaycanın Expo 2025 sərgisini keçirmək üçün bütün imkanları var (FOTO)
Cəmiyyət 19 Aprel 20:13
Çaylarda növbəti monitorinq yenə biogen maddələrin miqdarının çox olduğunu göstərdi
Cəmiyyət 19 Aprel 19:59
Səlim Müslümov: Prezidentin fərmanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsində növbəti mühüm addımdır (FOTO)
Cəmiyyət 19 Aprel 18:52
BDU-da Riyaziyyat üzrə bilik yarışının ikinci və final mərhələsi başa çatıb (FOTO)
Cəmiyyət 19 Aprel 18:42
Səlim Müslümov: Fərmana əsasən birdəfəlik ödəmələr hərbi qulluqçuların vərəsəlik hüququ olan ailə üzvlərinə veriləcək (FOTO)
Cəmiyyət 19 Aprel 17:44
TRT Bakı nümayəndəliyinin rəhbəri "Beynəlxalq Jurnalistika Məktəbi"ndə olub (FOTO)
Cəmiyyət 19 Aprel 16:52
Romada Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın bölmə iclası keçirilib (FOTO)
Cəmiyyət 19 Aprel 16:12
Respublika Narkoloji Mərkəzin direktoru vəzifəsindən azad edilib
Cəmiyyət 19 Aprel 16:04
Ən çox oxunanlar
Respublika Narkoloji Mərkəzin direktoru vəzifəsindən azad edilib
Respublika Narkoloji Mərkəzin direktoru vəzifəsindən azad edilib
Ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbçilərin ailələrinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərman imzalanıb
Azərbaycanda din xadimlərinə maddi dəstək veriləcək - Siyahı dəqiqləşdirilir
4 marşrut xəttinin hərəkət CƏDVƏLİNDƏ dəyişiklik edildi
Nəzər nöqtəsi
Deputat: Ermənistan hakimiyyəti işğalçılıq siyasəti ilə ölkəni dalana dirəyib

Deputat: Ermənistan hakimiyyəti işğalçılıq siyasəti ilə ölkəni dalana dirəyib

Elman Nəsirov: Ermənistanda siyasi böhran pik nöqtəsinə gəlib çatıb
Zakir Nuriyev: Azərbaycanda banklar əhalinin xarici valyutaya olan tələbatını tam təmin edir
Ramiz Mehdiyev: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun ən perspektivli ölkəsinə çevrildi
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter