Azərbaycan, Bakı /müx . Trend Z.Səfərov/ "Neftçi" futbol klubu UEFA kubokunun gələn həftə baş tutacaq "Rid"ə qarşı birinci raundunun ilk matçına qədər Avstriyada qalmağı planlaşdırır
Trend agentliyinin verdiyi məlumata görə, klub Avropa-2008 çempionatının gələcək paytaxtındadır.
Burada klub sınaq görüşləri keçirir. Bakılıların baş məşqçisi Qurban Qurbanov viza problemi üzündən yetirmələrinə gec qoşulub. Klubun rəhbərliyi dostluq görüşünə az qalmasını nəzər alaraq Avropa kubokuna hazırlığı Avstriyada keçirməyi məqsədəuyğun hesab edib. Bu halda Azərbaycan çempionatının gümüş mükafatçısının "Rid"in milli birincilikdə oyunlarını izləmək imkanı olacaq.