...

Avropa Azərbaycanlıları Konqresi Avropadakı azərbaycanlı iş adamlarının vahid birliyinin yaradılması üçün iş aparır

Cəmiyyət Materials 13 İyul 2007 16:12 (UTC +04:00)
Avropa Azərbaycanlıları Konqresi Avropadakı azərbaycanlı iş adamlarının vahid birliyinin yaradılması üçün iş aparır

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Avropa Azərbaycanlıları Konqresi (AAK) Avropadakı azərbaycanlı iş adamlarının birliyinin yaradılması istiqamətində də iş aparır. Bu barədə AAK-ın prezidenti Natiq Ağamirov Trend Agentliyinə müsabihəsində məlumat verib.

O bildirib ki, AAK diaspor fəaliyyəti ilə yanaşı, həm də Avropa ölkələrində müxtəlif şirkətlərin, iş adamlarının Azərbaycana dəvət olunması, sərmayələr yatırılması kimi iqtisadi yönümlü tədbirlər görmək niyyətindədir.

"AAK Azərbaycanda gedən sosial-iqtisadi inkişaf proseslərinə dəstək verməyi özünün əsas məqsədlərindən biri hesab edir. Biz diaspor təşkilatlarının imkanlarından və əlaqələrindən istifadə edərək çalışacağıq ki, Avropadakı şirkətləri Azərbaycana sərmayə qoymağa təşviq edə bilək. Bunun üçün həm də güclü təbliğat mexanizmlərinin qurulmasına ehtiyac var"-deyə Ağamirov qeyd edib.

O, həmçinin bildirib ki, AAK Avropadakı azərbaycanlı iş adamlarının birliyinin yaradılması istiqamətində işlərə başlayıb. Ağamirovun sözlərinə görə, Konqres Avropa ölkələrində fəaliyyət göstərən nüfuzlu azərbaycanlı iş adamlarının vahid bir təşkilatını yaradılmasına çalışır.

Xəbər lenti

Xəbər lenti