...

Azərbaycan qrossmeysterləri Olimpiada-2014-də çıxış edə bilərlər

Cəmiyyət Materials 25 İyul 2007 12:39 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycan qrossmeysterləri şahmat olimpiya proqramına daxil olduğu təqdirdə Soçidə keçiriləcək Olimpiada-2014-də çıxış edə bilərlər.

sportcom.ru saytının verdiyi məlumata görə, FİDE-nin prezidenti Kirsan İlyumjinov idmanın bu növünün olimpiya oyunları proqramına daxil olacağına ümid etdiyini bildirib. "Mən fikirləşirəm ki, şahmat olimpiya proqramına daxil ediləcək. FİDE və Beynəlxalq Olimpiya Komitəsi (BOK) şahmatı qış oyunlarına daxil etməyi tövsiyə edirlər" - deyə o bildirib.

FİDE-nin prezidenti bildirib ki, federasiyanın funksionerləri BOK ilə birgə işləyirlər və üç ay bundan öncə müvafiq komissiyalar işə başlayıb, onlar formatı və bu idman növünün yay və ya qış idman növlərinə aid edəcəklərini müəyyənləşdirirlər.

İlyumjinov bildirib ki, kerlinq kimi qış olimpiya oyunu "Kerlinq - bu buz üstünda şahmatdır" devizi altında olimpiya oyunları proqramına daxil olub. "Şahmatın nə olduğunu hamı bilir, lakin kerlinqin nə olduğunu hamı bilmir və bu idman növü bu deviz altında BOK-a daxil olub. Əgər buz üstündə şahmat olimpiya oyunlarına daxil olubsa, nə üçün şahmat BOK-un üzvü olmasın?" - deyə FİDE prezidenti bildirib.

Xəbər lenti

Xəbər lenti