...

İki minə yaxın Azərbaycan vətəndaşı Ukraynada pasport ala bilər

Cəmiyyət Materials 31 İyul 2007 13:41 (UTC +04:00)

Ukrayna, Kiyev /müx. Trend Z.Novosvitskiy/ Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) hesablamalarına əsasən, Ukraynada yaşayan 1-2 min Azərbaycan vətəndaşı respublikanı tərk etmədən ümumvətədaş pasportunu almaq imkanından yararlanacaqlar. Bu sözləri UAK sədri Akif Gülməmmədov deyib.

"Əsasən köhnə sovet pasportları dəyişdiriləcək. Azərbaycan vətəndaşları vaxtilə bu pasportlarla Ukraynaya gəlmişdilər. Bizə tez-tez insanlar bu problemlə bağlı müraciət edirdilər" - deyə Gülməmmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Ukraynadakı səfirliyində fəaliyyətə başlayan Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları artıq iki həftədir müvafiq prosedur üçün tələb olunan sənədləri qəbul edirlər. Bununla yanaşı Gülməmmədov qeyd edib ki, iş təkcə Kiyevdə yox, Ukraynanın bütün bölgələrində aparılacaq.

Azərbaycanın Əmək və əhalinin sosial müdafiəsi Nazirliyinin məlumatına əsasən, hazırda Ukraynada 500 min azərbaycanlı - əmək miqrantı yaşayır. Diaspor təşkilatlarının dəqiqləşdirilməmiş bilgiləri isə müvafiq göstəricinin 600-800 min olduğunu bildirir.

Xəbər lenti

Xəbər lenti