...

Bəstəkar Emil Şahin studiya açır

Cəmiyyət Materials 1 Avqust 2007 11:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 iyul /müx. "TrendLife" Səbinə Haşımova/ Bu yaxınlarda gənc bəstəkar Emil Şahin özünün ES adlı şirkətini yaradıb. Emilin "TrendLife"a verdiyi məlumata görə, yaxın günlərdə "Crazy Frog" qrupunun Bakıya gəlişini təşkil edəcək. Daha sonra isə Sarah Connorun konsertini, bundan başqa yerli müğənnilərimizdən Elnur Məmmədovun konsertini təşkil edəcək. Gənc bəstəkar bizə bildirdi ki, onun haqqında gedən şayiələr onu çox narahat edir. Deyilənlərə görə, guya o, bəstəkarlığı atıb. Onun dediklərinə görə: "Bu, Allah vergisidir, mən mahnı bəstələməkdə davam edirəm, buna heç kim mane ola bilməz". Emilin sözlərinə görə, hazırda yeni mahnılar üzərində işləyir və yaxın vaxtlarda özünün "Green Residence" musiqi studiyasını açacaq. Yeni studiyada muasir avadanlıqlar olacaq və orda tanınmış oranjemançılar çalışacaq.

Xəbər lenti

Xəbər lenti