...

Azərbaycanın Güləş Federasiyasının baş katibi: "Bakıda qələbəyə iddia etmək üçün Ermənistan yığması zəifdir"

Cəmiyyət Materials 17 Avqust 2007 15:42 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müx. Z.Səfərov/ Ermənistan himni Bakıda səsləndirilməyəcək. Bunu "RİA-Novosti"də güləş üzrə dünya birinciliyinə həsr olunmuş mətbuat konfransında Milli Federasiyanın baş katibi Cavid Qurbanov deyib.

O qeyd edib ki, mundialda yüksək yerlərə iddia etmək üçün erməni yığması zəifdir. "Sofiyadakı qitə birinciliyində komanda yalnız bir bürünc mükafat qazanıb. Bu üzdən də düşünmürəm ki, rəqib Bakıda nəyəsə iddia edir. Özü də burada təkcə mükafatlar uğrunda deyil, həmçinin Olimpiadaya lisenziyalar uğrunda mübarizə egdəcək" - deyə Qurbanov vurğulayıb.

O, eyni zamanda qeyd edib ki, yarışın bütün iştirakçılarının, o cümlədən Ermənistan yığmasının Azərbaycanda təhlükəsizliyi təmin olunur.

Xəbər lenti

Xəbər lenti