...

"Nə? Harada? Nə zaman?" oyunu üzrə dünya çempionatına Azərbaycandan iki komanda yollancaq

Cəmiyyət Materials 17 Avqust 2007 17:17 (UTC +04:00)

Azərbaycan, Bakı / "TrendLife" müxbir E. Hüseynzadə/ Avqustun 23-dən 26-na kimi Kalininqradda "Nə? Harada? Nə zaman?" oyunun 4-cü dünya çempionatı start götürəcək. "TrendLife"ın verdiyi məlumata görə bizim ölkəni orada iki komanda təmsil edəcək. Komandanın birinə Balaş Qasımov, digərinə isə Anar Nəcəfli rəhbərlik edəcək. Ümumiyətlə çempionatda dünyanın 28 komandası iştirak edəcək. Bu sırada Rusiyanın, Ukraynanın, ABŞ-ın, Gürcüstanın, Ermənistanın, Belarusun, İsrailin, Kanadanın, Böyük Britaniyanın, Türkmənistanın, Özbəkistanın və başqalırının adını çəkmək olar. Kalininqradda həmçinin Aleksandr Druzun, Maksim Potaşevin, Sergey Vivatenkonun komandaları kimi güclü komandalar toplaşacaq. Çempionatın iştirakçıların bir qismi sonradan Bakıya gələcək.

.

Xəbər lenti

Xəbər lenti