...

"Dəli qurbağa" hər kəsi dəli etdi

Cəmiyyət Materials 20 Avqust 2007 17:01 (UTC +04:00)

Azərbaycan, Bakı / "TrendLife" müxbir E. Məmmədov/ "Benq-Benq"!!! Khazar Golden Beach çimərliyində DJ Crazy Frogun elektron musiqisi altında gənclər sanki ekstaz yaşayırdılar. Bunu gözlə görmək lazım idi. Gənclərdən heç də dala qalmayan ulduzlarımız Aygün Kazımova və Brilliant Dadaşova da orada idilər. Müğənni Samirə isə konsertə baş verən dəlilikləri öz ailəsi ilə birlikdə müşahidə edirdi. Tanınmış simalar arasında müğənnilər Elnur, Natəvan Həbibi, Zamiq hətta Zülfiyyə Xanbabayeva da var idi. Lakin səhhətinin pisləşməsi ilə əlaqədar Zülfiyyə konserti tez tərk etməli oldu. Müğənnilərdən Aygün və Samirə öz yeni mahnılarını konsertdə təqdim etdilər. Ümumi əhval ruhiyyəni isə bir kəlmə ilə demək olardı - hamı dəli olub!!! Baş verənləri isə "TrendLife"ın fotosaytında izləyə bilərsiniz.

Xəbər lenti

Xəbər lenti