...

Bakıda keçiriləcək boks üzrə mundialda iştirak etmək üçün artıq 45 ölkə müraciət göndərib

Cəmiyyət Materials 29 Avqust 2007 13:35 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Aqustun 31-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində baş tutacaq gənclər arasında boks üzrə dünya çempionatında iştirak edəcək komanda heyətlərinin sayı 45-ə çatıb.

Federasiya prezidenti Ağacan Əbiyevin Trend ə verdiyi məlumata görə, Bakıya gələcək Rusiya, Kuba, Qazaxıstan, Özbəkistan, ABŞ, İrlandiya, Dominikan Respublikası, Ukrayna və bir çox digər dövlətlər hazırlığını təsdiq edib. O qeyd edib ki, buna dünyanın bütün nöqtələrindən olan dəri əlcək ustalarının marağını nəzərə alsaq, yarış bu mənada rekord ola bilər.

Ökə paytaxtında ikinci dəfə keçiriləcək mundiala, başda prezident Vu Çinq-Kuo olmaqla, Ümumdünya Həvəskar Boks Assosiyasiyasının (AIBA) bütün idarə heyəti gələcək.

Xəbər lenti

Xəbər lenti