...

Rejissor Andrey Gerasimov: ""Şərq-Qərb" festivalı mövzusu Rusiyada çatışmır"

Cəmiyyət Materials 6 Sentyabr 2007 13:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 sentyabr /müx. TrendLife Eldar Hüseynzadə/

"Şərq-Qərb" festivalında hələ kimlər gələcək, bilmirəm. Lakin açılışda parlaq qonaqlardan biri də rejissor Andrey Gerasimov idi. 11 tam, 30-dan çox qısa metrajlı filmlərin rejissoru olmaq zarafat deyil. O, Moskva Kinematoqrafçılar İttifaqının katibi, bir çox beynəlxalq festivallar mükafatı laureatıdır. Hazırda isə ssenariçilər və rejissorlar ali kursunun rektorudur., TrendLife-a müsahibəsində Andrey Gerasimov bunları söylədi:

-İlk dəfədir ki, festivaldasınız?

-Yox, artıq ikinci dəfədir. Buna görə Rüstəm İbrahimbəyova dərin minnətdarlığımı bildirirəm. Biz onunla təzə tanış olmuşuq. Festival əla bir mövzudur. Rusiyada belə bir mövzu çatışmır. Biz öz filmlərimizə baxırıq, lakin qonşu ölkədə baş verənlərdən hər zaman məlumatımız olmur. Düzdür, bizdə də "kinoşok" kimi festival var. Həm də belə bir festivalın olması bəhanədir ki,burda köhnə dostlarla, kinematoqrafçılarla görüşürsən. Bakıya gəldikdə isə, mən çox təəccüblənmişəm. Mən ilk dəfə burda 73-74-cü illərdə olmuşam. Fərq çox böyükdür. Müasir tikililər ucalır. İnsanda yalnız yaxşı təssüratlar yaradır.

-Sizcə , kinematoqrafa hazırda nə çatışmır?

-Mənə elə gəlir ki, filmlər çatışmır. Bundan da çox ola bilər. Yeni əsərlərin yaranması üçün, fon lazımdır. Təkcə sözdə deməklə deyil. Pul verib, əsər yaradırlar, sonra da gözləyirlər şedevrə çevriləcək. Bu düzgün deyil. Azərbaycanda isə lazımi qədər iş görülür.

-Sizcə , MDB ölkələri ilə birgə film çəklişlərinə ehtiyac varmı?

-Əlbəttə. Yeri gəlmişkən , artıq belə filmlər çəkilir. Bu nəinki Rusiya , həmçinin digər respublikalar üçün də vacib və yararlıdır. Bizdə indi kino sahəsi bir az canlanıb. İndi başa düşüblər ki, filmlərlə də kommersiya uğuru qazanmaq olar. Beləliklə , kino itməyəcək, nə vaxtsa, öz yerini tutacaq.

- Siz ali sennariçilər və rejissorlar kursunun rektorusunuz. Bəs kino çəkməyə vaxtınız çatır?

-Hazırda rejissor kimi çalışmıram. Kursda mənim emalatxanam var. Məndən sonuncu işlərim barədə soruşanda, cavabım belə olur. Mən bir əsər deyil, on beş əsər çəkirəm. Axı, tələbələrlə işləyəndə həm ürəyini, həm də qəlbini verirsən.

-Belə kurslarda bir çox azərbaycanlılar təhsil alıb. Onlardan biri də gənc, lakin kifayət qədər tanınmış rejissor Lalə Axundovadır.

-Qırx il ərzində səkkiz yüzə yaxın məzün buraxmışıq. Bu sırada Daniyelanın, Surikovanın, Xotinenkonun, Rüstəm İbrahimbəyovun adını çəkə bilərəm. O ki, qaldı Lalə Axundovaya , onun işləri ilə keçən il tanış olmuşam. Çox ağıllı və istedadlı rejissordur.

Xəbər lenti

Xəbər lenti