...

"Barselona" yerində qaldı, "Qarabağ" gerilədi

İdman Materials 12 Yanvar 2012 11:33 (UTC +04:00)
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların ötən il üzrə yekun reytinqini açıqlayıb.
"Barselona" yerində qaldı, "Qarabağ" gerilədi

Azərbaycan, Bakı, 12 yanvar /Trend/

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların ötən il üzrə yekun reytinqini açıqlayıb.

Trend-in məlumatına görə, 402 komandanın yer aldığı reytinqdə ölkəmizin yeganə təmsilçisi "Qarabağ" 14 pillə geriləyib.

Komanda 69,5 xalla 312-ci pilləni Moskva "Dinamo"su və Çexiyanın "Mlada Boleslav" klubları ilə bölüşür.

Bunadək 298-ci pillədə qərarlaşan "Qarabağ" hazırda İspaniyanın "Espanyol", "Saraqosa, "Rasinq", "Malyorka", İtaliyanın "Kalyari", Almaniyanın "Hamburq" klublarını qabaqlayır.

Reytinqə 367 xalla dünyanın ən güclü komandası olan İspaniyanın "Barselona" klubu başçılıq edir. Onun əzəli rəqibi olan Madrid "Real"ı 312 xalla 2-cidir. İlk üçlüyü Argentinanın "Veles Sarsfild" klubu 271 xalla qapayır.

Xəbər lenti

Xəbər lenti