Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir M.Əliyev/
Azərbaycan Futbol Federasiyaları Assosasiyasının (AFFA) rəhbərliyinin və Azərbaycan milli komandasının baş məşqçi Berti Foqtsun qərarına əsasən, Unibank Premyer Liqasında çıxış edən bütün klubların baş məşqçiləri millinin fevralın 22-dən martın 1-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək.
Trend-in AFFA-nın rəsmi saytına istinadən yaydığı məlumata görə, klubların baş məşqçiləri fevralın 26-dan martın 1-dək millinin toplanışını, həmçinin hazırlıq prosesi çərçivəsində 2 yoldaşlıq oyununu izləyəcək, təcrübə mübadiləsi aparacaqlar.
AFFA rəhbərliyi və Berti Foqtsdan yenilik
Azərbaycan Futbol Federasiyaları Assosasiyasının (AFFA) rəhbərliyinin və Azərbaycan milli komandasının baş məşqçi Berti Foqtsun qərarına əsasən, Unibank Premyer Liqasında çıxış edən bütün klubların baş məşqçiləri millinin fevralın 22-dən martın 1-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək
