Azərbaycan, Bakı, 27 fevral /Trend/
Bu gün Dubay şəhərində keçirilmiş Azərbaycan-Hindistan matçından sonra millimizin baş məşqçisi Berti Foqts yığmamızın oyununa münasibət bildirib.
"Bu gün bütün komanda yaxşı oynadı. Təki belə qələbələrimiz çox olsun. 3 qol vursaq da, daha çox fərqlənə bilərdik. Ancaq çoxlu qol imkanlarından yararlana bilmədik. Hücumda daha yaxşı oynamalıyıq. Güclü rəqiblərlə oyunlarda az səhv etməliyik. Çünki güclü rəqiblər səhvləri bağışlamır", - Foqts deyib.
Xatırladaq ki, Dubayda təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində bu gün millimiz Hindistan komandasını 3:0 hesabı ilə məğlubiyyətə uğradıb.