...

Hərbçilərin futbol üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək (FOTO)

İdman Materials 7 Mart 2012 18:04 (UTC +04:00)
Hərbçilərin futbol üzrə dünya çempionatı 2013-cü ildə Azərbaycanda keçiriləcək.
Hərbçilərin futbol üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək (FOTO)

Azərbaycan, Bakı, 7 mart /Trend/

Hərbçilərin futbol üzrə dünya çempionatı 2013-cü ildə Azərbaycanda keçiriləcək.

Trend-in çərşənbə günü AFFA-nın rəsmi saytına istinadən yaydığı məlumata görə, bununla əlaqadər AFFA-nın inzibati binasında bu gün baş katib Elxan Məmmədov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOİK-in rəisi Natiq Əliyev, Beynəlxalq Hərbi İdman Təşkilatının Baş katibliyinin administrasiya rəhbəri Oliver Verhelle və təşkilatın texniki direktoru Nevzat Varol iştrak ediblər.

Elxan Məmmədov FİFA U-17 qadınlararası dünya çempionatının bu il Azərbaycanda keçiriləcəyini qonaqların diqqətinə çatdırıb və hazırda ölkəmizdə mövcud olan, həmçinin inşası davam edən stadionlarla bağlı ətraflı məlumat verib.

FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin təşkilati işləri ilə bağlı ətraflı məlumat aldıqlarını deyən qonaqlar, hərbçilərin futbol üzrə dünya çempionatının da yüksək səviyyədə keçiriləcəyinə inandıqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti