...

UEFA Avropa Liqası: "İnter" rəqibini darmadağın etdi (ƏLAVƏ OLUNUB)

İdman Materials 5 İyul 2012 22:29 (UTC +04:00)
Bu gün UEFA Avropa Liqasının təsnifat mərhələsinin ilk oyunları keçirilir. İlk raundda Azərbaycanı 3 klub - "Xəzər Lənkəran", "İnter" və "Bakı" təmsil ediblər.
UEFA Avropa Liqası: "İnter" rəqibini darmadağın etdi (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 5 iyul /Trend/

Bu gün UEFA Avropa Liqasının təsnifat mərhələsinin ilk oyunları keçirilir. İlk raundda Azərbaycanı 3 klub - "Xəzər Lənkəran", "İnter" və "Bakı" təmsil ediblər.

İlk matçda "Xəzər Lənkəran" Estoniyanın "Nomme Kalyu" komandası ilə qarşılaşıb. Oyun 2:2 hesablı heç-heçə ilə nəticələnib.

Oyunun 5-ci dəqiqəsində qonaqlar Vakuinin vurduğu qolla hesabda irəli çıxsalar da, 6 və 30-cu dəqiqələrdə Subaşiç və Skarlatake iki qola imza ataraq oyunun gedişatını dəyişiblər. Buna baxmayaraq, qonaqlar Purinin 70-ci dəqiqədə vurduğu qolla məğlubiyyətdən xilas ola biliblər.

Bakının "İnter" komandası isə Estoniyanın digər klubu "Narva" ilə görüşüb. Bakılılar rəqiblərini 5:0 heasbı ilə darmadağın ediblər. Qolları Məmmədov, Adamiya və Hacıyev vurublar. Sxadadze isə 11-ci və 36-cı dəqiqələrdə fərqlənərək dubla imza atıb.

"Bakı"nın "Mura 05" ilə görüşü isə qolsuz bərabərliklə başa çatıb.

Xəbər lenti

Xəbər lenti