...

Azərbaycan hokkeyçiləri məsul yarışa hazırlaşır

İdman Materials 7 Sentyabr 2012 18:23 (UTC +04:00)
Azərbaycanın kişi otüstü hokkeyçilərdən ibarət milli komandası bu ilin 27 noyabr-2 dekabr tarixində Qətərin Doha şəhərində ilk dəfə olaraq Dünya Hokkey Liqası turnirində mübarizə aparacaq.
Azərbaycan hokkeyçiləri məsul yarışa hazırlaşır

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

Azərbaycanın kişi otüstü hokkeyçilərdən ibarət milli komandası bu ilin 27 noyabr-2 dekabr tarixində Qətərin Doha şəhərində ilk dəfə olaraq Dünya Hokkey Liqası turnirində mübarizə aparacaq.

Azərbaycan Hokkey Federasiyasından cümə günü Trend-ə verilən məlumata görə, dünyanın 74 ölkə təmsilçiləri arasında reytinq sıralamasında 38-ci yeri tutan hokkeyçilərimizin həmin yarışın "B" qrupundakı rəqibləri Şri-Lanka, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin yığmaları olacaq. "A" qrupunda isə Oman, Türkiyə və Özbəkistan təmsilçiləri ən yaxşıları müəyyənləşdirəcəklər.

Yekunda qrup qalibləri və digər qrupun 2-cilərinin qarşılaşmasında finalçılar aşkar ediləcək. Dekabrın 2-də keçiriləcək həlledici oyunda isə qalib gələn komanda Dünya Hokkey Liqasında II mərhələdə yarışmaq hüququ qazanacaq.

Hazırda reytinqə görə planetin 16-cısı olan Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət milli komandası da anoloji yarışda iştirak edəcək. Ancaq həmin turnir 2013-cü ilin ilk aylarında təşkil olunacağından hələlik rəqiblərimiz və yarışın keçiriləcəyi yer barədə dəqiq məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti