Azərbaycan, Bakı, 22 oktyabr /Trend/
Bu gün 19 yaşadək qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ikinci oyununa çıxıb.
Trend-in məlumatına görə, birinci turda Rusiyaya 0:5 hesabı ilə uduzan millimiz bu dəfə də məğlubiyyətdən yaxa qurtara bilməyib.
Moldovalı Olqa Tançinin baş hakim olduğu matçda isveçli qızlar U-19 yığmamızın qapısından 10 cavabsız top keçiriblər.
Qeyd edək ki, İsveç ilk turda Sloveniyaya 6:0 hesabı ilə qalib gəlmişdi.