Azərbaycan, Bakı, 19 noyabr /Trend/
Azərbaycanın parataekvondo üzrə milli komandası dünya çempionatına yollanıb. Bu barədə Trend-ə Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən bildirilib.
Noyabrın 22-də Arubanın Santa Kruz şəhərində lll dünya çempionatında əməkdar məşqçi, parataekvondo üzrə seçmə komandanın baş məşqçisi Əvəz Tağıyevin rəhbərliyi altında 15 idmançıdan iştirak edəcək.
Yarışın A6 kateqoriyasında Emil Nüsrəttdinov (-58 kq), Nicat Müslümov (-68 kq), Aleksandr Polişuk (-80 kq) və Vüsal İsmayılov (+80 kq), A5 kateqoriyasında Namiq Abbasov (-58 kq) və Anar Hüseynov (-68 kq) mübarizə aparacaqlar.
A8 kateqoriyasından olan yarışlarda isə Rövşən Qəhrəmanlı (-58 kq), Əbülfəz Abuzərli (-58 kq), Mahmud Səmədov (-68 kq), Rövşən Rzayev (-80 kq), Hüseyn Həsənov (-80 kq), Vüqar Adışirinov (+80 kq), Cahangir Bayramov (+80 kq), Röyalə Fətəliyeva (-49 kq) və Aynur Məmmədova çıxış edəcəklər.
Məsul yarışa ayın 17-də yollanan milli komandamız noyabrın 24-də vətənə dönəcək.