...

Sərbəst güləşçilər Mahaçqalada 3 bürünc medal qazandı

İdman Materials 3 Dekabr 2012 11:23 (UTC +04:00)
Mahaçqalada beşqat dünya çempionu Əli Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə ənənəvi beynəlxalq turnir başa çatıb.
Sərbəst güləşçilər Mahaçqalada 3 bürünc medal qazandı

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 3 dekabr /Trend/

Mahaçqalada beşqat dünya çempionu Əli Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə ənənəvi beynəlxalq turnir başa çatıb. Turnirdə çıxış edən sərbəst güləş üzrə yığma komandamızın üzvləri yarışı 3 bürünc medalla başa vurublar.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, baş məşqçi Saypulla Absaidovun başçılığı altında mübarizə aparan yığma üzvlərindən Əhmədnəbi Qvarzatilov (60 kq), Hacı Əlicanov (96 kq) və Əli İsayev (120 kq) uğurla çıxış edib. Hər üç təmsilçimiz turniri bürünc medalla başa vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti