...

Aleks Ferqyuson son 16 ilin ən yaxşı məşqçisidir

İdman Materials 25 Fevral 2013 14:17 (UTC +04:00)
Beynəlxalq Futbol Tarixi və Statistika Federasiyası (IFFHS) son 16 ildə dünyanın ən yaxşı baş məşqçilərinin siyahısını dərc edib.
Aleks Ferqyuson son 16 ilin ən yaxşı məşqçisidir

Azərbaycan, Bakı, 25 fevral /Trend/

Beynəlxalq Futbol Tarixi və Statistika Federasiyası (IFFHS) son 16 ildə dünyanın ən yaxşı baş məşqçilərinin siyahısını dərc edib.

Trend-in məlumatına görə, siyahıya İngiltərənin "Mançester Yunayted" klubunun baş məşqçisi Aleks Ferqyuson başçılıq edir.

Ferqyusonu, müvafiq olaraq, Arsen Venger ("Arsenal") və Joze Mourinyo ("Real" Madrid) izləyirlər.

İlk onluğa Fabio Kapello, Marçelo Lippi, Visente del Boske, Quus Hiddink, Ottmar Hitsfeld, Marselo Bielsa və Luis Felipe Skolari daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti