...

Azərbaycan Küveytdə idman ovçuluğu yarışında 3 medal qazanıb

İdman Materials 29 Aprel 2013 17:20 (UTC +04:00)
25-29 aprel tarixlərində Küveytdə keçirilən 10 ölkənin iştirak etdiyi I Asiya Sportinq (idman ovçuluğu) Küveyt Qran-prisi yarışında ölkəmizin 9 idmançıdan ibarət yığma komandası da uğurla iştirak edib.
Azərbaycan Küveytdə idman ovçuluğu yarışında 3 medal qazanıb

Azərbaycan, Bakı, 29 aprel /Trend/

25-29 aprel tarixlərində Küveytdə keçirilən 10 ölkənin iştirak etdiyi I Asiya Sportinq (idman ovçuluğu) Küveyt Qran-prisi yarışında ölkəmizin 9 idmançıdan ibarət yığma komandası da uğurla iştirak edib.

Azərbaycanın Küveytdəki səfirliyindən Trend-ə verilən məlumata görə, yarışlar kompakt-sportinq və böyük-sportinq üzrə iki mərhələdə keçirilib. Yarışda ikinci yeri tutan həmyerlimiz İlham Mahmudov gümüş medal, qadınlar arasında yarışmada isə Ləman Nuşirəvanova yarışın müvafiq növləri üzrə 2 və 3-cü yerləri tutaraq gümüş və bürünc medallar qazanıblar.

İdmançılarımıza, həmçinin kuboklar təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti