...

"Real" 100 milyon avroya yarımmüdafiəçi alır

İdman Materials 3 İyun 2013 13:27 (UTC +04:00)
Madridin "Real" komandası İngiltərənin "Tottenhem" klubunun yarımmüdafiəçisi Qaret Beylin transferinə görə 100 milyon avro təklif etməyə hazırlaşır.
"Real" 100 milyon avroya yarımmüdafiəçi alır

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Madridin "Real" komandası İngiltərənin "Tottenhem" klubunun yarımmüdafiəçisi Qaret Beylin transferinə görə 100 milyon avro təklif etməyə hazırlaşır.

Trend-in bazar ertəsi xarici KİV-ə istinadən verdiyi məlumata görə, "Real", həmçinin "Liverpul"un forvardı Luis Suaresi 45 milyon avroya əldə etmək niyyətindədir.

Əgər Beylin keçidi baş tutsa, bu, 23 yaşlı futbolçu dünyanın ən bahalı oyunçusu olacaq. O, 2009-cu ildə "Mançester Yunayted"dən "Real"a keçən Kriştian Ronaldodan 4 milyon avro baha satılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti