Azərbaycan, Bakı, 9 iyul /Trend/
Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Nağı Səfərovun və Niyaməddin Paşayevin rəhbərliyi ilə milli komanda iyulun 10-da dünya çempionatına yollanır.
Federasiyadan Trend-ə bildiriblər ki, Meksikanın Puebla şəhərində keçiriləcək dünya çempionatına 15 idmançı ilə qatılacaq millimizin baş məşqçisi, əməkdar məşqci Ələkbər İmaməliyev və böyük məşqçi Elnur Amanov heyətə Mikayıl Əliyev (-54 kg), Maqomedyasin İbrahimov (-58 kg), Fariz Əliyev (-63 kg), Elvin Məmmədov (-68 kg), İlkin Şahbazov (-74 kg), Ramin Əzizov (-80 kg), Radik İsayev (-87 kg) və Ceyhun Həsənlini (+87 kg) cəlb edib.
Qadınlardan ibarət seçmə komandanın baş məşqçisi, əməkdar məşqçi Gündüz Abdullayev isə heyətə Türkanə Tahirli (-46 kg), Patimat Abakarova (-49 kg), Səbinə Mikayılova (-53 kg), Günay Ağakişiyeva (-57 kg), Darya Qorbaçeva (-62 kg), Fəridə Əzizova (-67 kg), Marina Tedeevanı (73 kg) daxil edib.
Milli komanda iyulun 25-də vətənə dönəcək.