...

Bank BTB mini-futbol üzrə “BBVB Kupoku”nun sahibi oldu

İdman Materials 20 Dekabr 2013 15:00 (UTC +04:00)
Mini-futbol üzrə “BBVB Kupoku” turniri başa çatdı. Trend-in məlumatına görə, finalda Bank BTB komandasını keçən ilin qalibi olan Kapital Bank komandası ilə qarşılaşma gözləyirdi.
Bank BTB mini-futbol üzrə “BBVB Kupoku”nun sahibi oldu

Azərbaycan, Bakı, 20 dekabr /Trend/

Mini-futbol üzrə "BBVB Kupoku" turniri başa çatdı. Trend-in məlumatına görə, finalda Bank BTB komandasını keçən ilin qalibi olan Kapital Bank komandası ilə qarşılaşma gözləyirdi. Dramatik oyunda Bank BTB komandası 3:1 hesabı ilə qalib gələrək yeni kubokun sahibi oldu.

Komanda bankın bütün kollektivinə xas olan əsl komanda ruhu və vahid iş nümayiş edərək, inamlı oyunu nəticəsində turniri heç-bir məğlubiyyət olmadan başa vura bildi.

Xatırladaq ki, mini-futbol üzrə "BBVB Kuboku" turniri hər il keçirilir. Turniri Bakı Banklararası Valyuta Birjası (BBVB) təşkil edir. 2013-cü ildə turnirdə ölkənin bank və digər sektorlarından 12 komanda iştirak etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti