...

Premyer Liqada çıxış edən klublarda uşaq futbolu üzrə idman direktorlarının təyin olunmasına başlanılıb

İdman Materials 7 Yanvar 2014 16:53 (UTC +04:00)
İcraiyyə Komitəsinin Premyer Liqada çıxış edən klublarda uşaq və yeniyetmə futbolu üzrə fəaliyyət göstərmək üçün idman direktorlarının təyin olunması barədə qərarının icrasına başlanılıb. Bu barədə Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir.
Premyer Liqada çıxış edən klublarda uşaq futbolu üzrə idman direktorlarının təyin olunmasına başlanılıb

Azərbaycan, Bakı, 7 yanvar /Trend/

İcraiyyə Komitəsinin Premyer Liqada çıxış edən klublarda uşaq və yeniyetmə futbolu üzrə fəaliyyət göstərmək üçün idman direktorlarının təyin olunması barədə qərarının icrasına başlanılıb. Bu barədə Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir.

Məlum olduğu kimi AFFA-nın İcraiyyə Komitəsinin ötən ilin dekabrın 18-də keçirilən iclasında qəbul olunan qərarlardan biri də Premyer Liqada çıxış edən klublarda uşaq və yeniyetmə futbolu ilə bağlı fəaliyyət göstərmək üçün AFFA tərəfindən idman direktoru təyin olunması idi. Artıq baş katiblik tərəfindən bu qərarın icrasına başlanılıb.

Baş katib Elxan Məmmədov bu barədə görülən işlərlə bağlı affa.az saytına fikirlərini bildirib: "Qərarın icrası ilə əlaqədar Premyer Liqada çıxış edən klubların rəsmiləri və idman direktorları ilə müvafiq görüşlər keçiriləcək və bu istiqamətdə geniş fikir mübadiləsi aparılacaq. AFFA tərəfindən klublara təyin olunacaq idman direktorları barədə onlara ətraflı məlumat veriləcək. Onu da qeyd edək ki, bu vəzifəyə hazırda fəaliyyət göstərən bəzi idman direktorlarının da təyin olunması istisna edilmir. Amma bütün hallarda idman direktorunun məvacibi AFFA tərəfindən ödəniləcək və görülən işlərin nəticəsinə uyğun olaraq klublara assosiasiya tərəfindən vəsait ayrılacaq".

Qeyd edək ki, AFFA-nın İcraiyyə Komitəsinin qərarında bu və digər məsələlər konkret olaraq göstərilib: "Premyer Liqada çıxış edən klublarda uşaq və yeniyetmə futbolu ilə bağlı fəaliyyət göstərmək üçün AFFA tərəfindən idman direktoru təyin olunsun və onun məvacibi AFFA-nın hesabına ödənilsin. Klublarda bu istiqamətdə görülən işlərin AFFA tərəfindən monitorinqi aparılacaq və bunun nəticəsinə əsasən klublara vəsait ayrılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti