...

Daha 3 futbol klubunda idman direktorları təyin edilib

İdman Materials 7 Aprel 2014 18:25 (UTC +04:00)
Azərbaycanın daha 3 futbol klubunda idman direktorları təyin edilib. Bu barədə Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir.
Daha 3 futbol klubunda idman direktorları təyin edilib

Azərbaycan, Bakı, 7 aprel /Trend/

Azərbaycanın daha 3 futbol klubunda idman direktorları təyin edilib. Bu barədə Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir.

Məlum olduğu kimi, AFFA-nın İcraiyyə Komitəsinin 2013-cü il dekabrın 18-də keçirilmiş iclasında qəbul olunmuş qərarlardan biri də Premyer Liqada çıxış edən klublarda uşaq və yeniyetmə futbolu ilə bağlı fəaliyyət göstərmək üçün AFFA tərəfindən idman direktoru təyin olunması idi. Fevralın 1-dən etibarən Daryl Willard (İngiltərə) "AZAL", Frank Bernhardt (Almaniya) "Sumqayıt", mart ayından isə Spittler Torsten (Almaniya) "İnter" klubunda AFFA tərəfindən təyin olunan idman direktoru vəzifəsində fəaliyyətə başlayıb. "Qəbələ" klubunda isə Stanley Brard (Hollandiya) idman direktoru kimi işini davam etdirir.

Bu gün Jan Versleijen (Hollandiya) "Neftçi", Peter Neustadter (Almaniya) isə "Rəvan" klubuna təqdim olunub. Hollandiyalı mütəxəssis John van Loen isə bu həftə "Qarabağ" FK-nın idman direktoru vəzifəsində fəaliyyətə başlayacaq.

Qeyd edək ki, AFFA-nın İcraiyyə Komitəsinin qərarında bu və digər məsələlər konkret olaraq göstərilib: Premyer Liqada çıxış edən klublarda uşaq və yeniyetmə futbolu ilə bağlı fəaliyyət göstərmək üçün AFFA tərəfindən idman direktoru təyin olunsun və onun məvacibi AFFA-nın hesabına ödənilsin. Klublarda bu istiqamətdə görülən işlərin AFFA tərəfindən monitorinqi aparılacaq və bunun nəticəsinə əsasən klublara vəsait ayrılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti