...

Gəncədə şahmat turnirinə start verilib (FOTO)

İdman Materials 21 Aprel 2014 16:16 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatı gənclər arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş şahmat turniri keçirib.
Gəncədə şahmat turnirinə start verilib (FOTO)

Azərbaycan, Bakı, 21 aprel /Trend/

Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatı gənclər arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş şahmat turniri keçirib.

8 komandanın cəlb olunduğu yarış iki gün davam edəcək. Olimpiya sisteminə uyğun olaraq keçirilən yarışda Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, AzMİ Gəncə filialı, Musiqi Kolleci, Texniki Kolleci, Tibb Kolleci, Humanitar Kolleci iştirak edir.

Qeyd edək ki, yarışda iştirak edən gənclər arasından I, II, III yerlər müəyyən olunaraq YAP Gəncə şəhər təşkilatı tərəfindən kubok, diplom və qiymətli hədiyyələrlə təltif olunacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti