...

Azərbaycanın daha bir atleti Avropa Təsnifat Turnirinin finalına vəsiqə qazanıb (FOTO)

İdman Materials 31 May 2014 12:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 may /Trend/

Bakıda keçirilən atletika üzrə yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan Avropa Təsnifat Turnirinin ikinci günündə daha bir idmançımız finala vəsiqə qazanıb.

Trend-in məlumatına görə, şüvüllə tullanmada Azərbaycanı təmsil edən Yelena Qladkova 3.65 metr nəticə göstərməklə seçmə mərhələni 9-cu sırada başa vurub. Bu nəticə ilə idmançımız finala vəsiqə qazanan 12 atlet sırasına daxil olub.

Seçmə mərhələdə İsveçrə idmançısı Angelika Moser 1-ci sırada qərarlaşıb. Onun nəticəsi 3.80 metr olub.

Qeyd edək ki, final görüşləri sabah keçiriləcək. Medalla yanaşı, lisenziyaların sayı da finalda müəyyənləşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti