...

Belaruslu dünya və Avropa çempionu: Bakıdakı Avropa çempionatı I Avropa Oyunlarına hazırlıq baxımından əlamətdardır

İdman Materials 15 İyun 2014 15:27 (UTC +04:00)
Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatı 2015-ci ildə burada keçiriləcək İlk Avropa Oyunlarına hazılıq baxımından çox əlamətdardır.
Belaruslu dünya və Avropa çempionu: Bakıdakı Avropa çempionatı I Avropa Oyunlarına hazırlıq baxımından əlamətdardır

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir E.Əliyev/

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatı 2015-ci ildə burada keçiriləcək İlk Avropa Oyunlarına hazılıq baxımından çox əlamətdardır. Bunu Trend-ə dəfələrlə dünya və Avropa çempionatlarının qalibi, Olimpiya Oyunlarının mükafatçısı belaruslu gimnast Lyubov Çarkaşina deyib.

Onun sözlərinə görə, təşkilatçılar və idmançılar Milli Gimnastika Arenasını və Olimpiya şəhərciyini yoxlaya və sınaqdan keçirə bilərlər: "Hər şey yüksək səviyyədə təşkil edilib".

L.Çarkaşina vurğulayıb ki, Belarus nümayəndə heyəti üçün hər cür şərait yaradılıb: "Əlbəttə ki, digər iri və kütləvi tədbirlərdə olduğu kimi, heç vaxti cüzi çatışmazlıqlardan yan keçmək olmur. Lakin əminəm ki, Bakının gələcəkdə ev sahibliyi edəcəyi turnirlər həmin yüksək və layiqli səviyyədə keçiriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti