...

Avstriyalı hakim: Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatı mükəmməl təşkil olunub

İdman Materials 15 İyun 2014 15:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir A.Bədəlova/

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatı mükəmməl təşkil olunub. Bunu Trend-ə avstriyalı hakim Anna Terezia Marçetti deyib.

Avstriyalı hakim qeyd edib: "Bu, çox gözəl çempionatdır və mükəmməl təşkil olunub".

Onun sözlərinə görə, bu onun Bakıya beşinci səfəridir. O, Bakıya ilk dəfə 2005-ci ildə səfər edib: "Mən hər dəfə gələndə Bakını fərqli, daha yaxşı, daha gözəl və böyüdüyünü görürəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti