...

Azərbaycanın parataekvondoçuları dünya çempionatında

İdman Materials 17 İyun 2014 10:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyun /Trend/

Təlim-məşqləri başa vuran parataekvondo üzrə milli komandamız bu gün dünya çempionatına yollanır.

Trend Azərbaycan Taekvondo Federasiyasına istinadən xəbər verir ki, Moskvada keçiriləcək mundialda 40-a yaxın ölkənin idmançıları mübarizəyə qatılacaq.

20-21 iyun tarixlərində təşkil edilən 5-ci dünya çempionatında komandamız 14 idmançı ilə təmsil olunacaq.

Baş məşqçisi Əvəz Tağıyev və böyük məşqçi Yaşar Səfərov Rövşən Qəhramanlı (-61 kg), Anar Hüseynov (-61 kg), Sarvan Məmmədov (-61 kg), İmaməddinXəlilov (-61 kg), Rəhman Ələkbərov (-61 kg), Nicat Müslümov (-75 kq), Əbülfəz Abuzərli (-75 kq), Rövşən Rzayev (-75 kg), Hüseyn Həsənov (-75 kq), Aleksandr Poluşuk (+75 kg), Vüsal İsmayılov (+75 kg) və Vüqar Adışirinov (+75 kg), həmçinin Bahar Şıxəliyeva (-49 kg) və Aynur Məmmədovaya (-58 kg) etimad göstərib.

Xatırladaq ki, parataekvondo üzrə milli komandamız iki dəfə dünya birincisi iki dəfə isə dünya ikincisi olmaqla yüksək göstəricilərdə liderlər arasındadır. İdmançılarımız yarışdan 23 iyun tarixində dönəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti