...

Avropa Liqasında "Qəbələ"-nin debütu uğursuz alındı

İdman Materials 3 İyul 2014 21:52 (UTC +04:00)
Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin növbəti oyunları keçirilib.
Avropa Liqasında "Qəbələ"-nin debütu uğursuz alındı

Azərbaycan, Bakı, 3 iyul /Trend/

Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin növbəti oyunları keçirilib.

Trend-in məlumatına görə, təmsilçilərimizdən "Qəbələ" klubu ilk oyun çərçivəsində Bosniya və Hersoqovinanın "Şiroki Briyeq" klubu ilə qarşılaşıb.

Qəbələ şəhər stadionunda keçirilən oyun 0:2 hesabı ilə "Şiroki Briyeq" klubunun xeyrinə bitib. Qollar: Vaqner, 74 (0:1), 89 (0:2).

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması bir həftə sonra Bosniya və Hersoqovinada keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti