...

Azərbaycan güləşçisi Olimpiya çempionu oldu (ƏLAVƏ OLUNUB)

İdman Materials 25 Avqust 2014 16:55 (UTC +04:00)

Digər güləşçimizin final görüşü barədə məlumat əlavə olunub (ilk xəbər saat 16:09-da yayılıb)

Azərbaycan, Bakı, 25 avqust /Trend/

Çinin Nanjinq şəhərində keçirilən yeniyetmələrin II Yay Olimpiya Oyunları çərçivəsində güləş yarışlarına start verilib.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, ilk yarış günündə yunan-Roma güləşçiləri mübarizə aparacaqlar.

Artıq püşkatma mərasimi olub və güləşçilərimizin rəqibləri məlumdur.

Məlumat üçün bildirək ki, güləş yarışları dairəvi sistem üzrə keçiriləcək. Güləşçilər hər çəki dərəcəsində 2 yarımqrupda mübarizə aparacaqlar. Yarımqrup birinciləri finalda, ikinciləri isə bürünc medal uğrunda yarışacaqlar.

50 kq çəki dərəcəsində təmsilçimiz Cabbar Nəcəfov B yarımqrupunda mübarizə aparıb. Moldova, İran və Türkiyə güləşçiləri üzərində qazanılan inamlı qələbələr güləşçimizi finala yüksəldib. Finalda C.Nəcəfov Özbəkistan təmsilçisi ilə qarşılaşıb. Gərgin keçən görüş rəqibin xeyrinə başa çatıb, güləşçimiz gümüş medalla kifayətlənib.

1-ci dövrə - Uğur Beytekin (Türkiyə) - Cabbar Nəcəfov 0:10
2-ci dövrə - Mohamedrza Ağaniaçarı (İran)- Cabbar Nəcəfov 5:9
3-cü dövrə - Dorin Cojocari (Moldova) - Cabbar Nəcəfov 0:8

FİNAL - Cabbar Nəcəfov - İlxom Baxromov (Özbəkistan) 5:6

69 kq çəki dərəcəsində mübarizə aparan İslambek Dadov isə A yarımqrupunda çıxış edib. Güləşçimiz final yolunda Misir, Qazaxıstan və Özbəkistandan olan rəqiblərini məğlub edib. Həlledici görüşdə güləşçimizin rəqibi ABŞ idmançısı olub. Minimal hesablı qələbə qazanan güləşçimiz qızıl medal qazanıb və Olimpiya çempionu olub.

1-ci dövrə - İslambek Dadov - Abubakr Alimov (Özbəkistan) 5:0
2-ci dövrə - İbrahim Omar (Misir) - İslambek Dadov 0:5
3-cü dövrə - Yevgeniy Polivadov (Qazaxıstan) - İslambek Dadov 0:2

FİNAL - İslambek Dadov - Mason Manville (USA) 1:0

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Sədi Quliyev təmsil edir.

Xatırladaq ki, 2010-cu ildə ilk dəfə keçirilən yeniyetmələrin Olimpiya Oyunlarında güləşçilərimiz tam heyətlə iştirak etmiş, 4 qızıl və 1 gümüş medala sahib olmuşdular.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti