...

AFFA prezidenti “Qarabağ”ın ölkə futbolunun tarixində rekorda nail olacağına ümid edir

İdman Materials 29 Avqust 2014 10:53 (UTC +04:00)
Ümid edirəm ki, “Qarabağ” komandası qrup mərhələsində də peşəkarlığı, əmzkarlığı və baxımlı oyunu ilə azarkeşlərini sevindirəcək və ölkə futbolunun tarixində rekorda nail olacaq.
AFFA prezidenti “Qarabağ”ın ölkə futbolunun tarixində rekorda nail olacağına ümid edir

Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir İlkin İzzət/

Ümid edirəm ki, "Qarabağ" komandası qrup mərhələsində də peşəkarlığı, əmzkarlığı və baxımlı oyunu ilə azarkeşlərini sevindirəcək və ölkə futbolunun tarixində rekorda nail olacaq.

Trend xəbər verir ki, bunu "Qarabağ" futbol komandasını Avropa Liqasının qrup mərhələsinə yüksəlməsi münasibətilə təbrik edən Azərbaycan Futbol Federasiyaları Assosisasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev AFFA-nın rəsmi saytına bildirib.

AFFA-nın prezidenti ölkəmizin futbol ictimaiyyəti adından komandanın rəhbərliyini və bütün üzvlərini səmimi qəlbdən təbrik edib və onlara daha böyük uğurlar arzulayıb: "Azərbaycan çempionu kimi beynəlxalq oyunlarda qüvvəsini sınayan "Qarabağ" komandası Avropa Liqasının qrup mərhələsinə qədər keçirdiyi bütün oyunlarda yüksək peşəkarlıq və əzmkarlıq nümayiş etdirərək ölkəmizin futbol ictimaiyyətinə böyük bir sevinc bəxş etdi. Bu nailiyyətlərin qazanılmasında böyük azarkeş dəstəyinin də mühüm rol oynadığını xüsusilə vurğulamaq istərdim. Ən güclü rəqibləriylə də gərgin mübarizə apararaq ölkəmizdə futbolun son illər inkişaf etdiyini uğurlu çıxışları ilə bir daha təsdiqlədi".

Qeyd edək ki, "Qarabağ" tarixində ilk dəfə olaraq Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti