...

Şakira ərinə "Mançester Yunayted"ə qayıtmağı qadağan edib

İdman Materials 25 Sentyabr 2014 12:40 (UTC +04:00)
Məşhur kolumbiyalı müğənni Şakira ərinə - “Barselona”nın futbolçusu Jerar Pikeyə “Mançester Yunayted”ə keçməyi qadağan edib.
Şakira ərinə "Mançester Yunayted"ə qayıtmağı qadağan edib

Azərbaycan, Bakı, 25 sentyabr /Trend/

Məşhur kolumbiyalı müğənni Şakira ərinə - "Barselona"nın futbolçusu Jerar Pikeyə "Mançester Yunayted"ə keçməyi qadağan edib. Trend-in məlumatına görə, bu barədə "The Daily Mail" xəbər yayıb.

Buna səbəb pop ulduzun Kataloniyadan harasa köçmək istəməməsidir. Müğənni hesab edir ki, istənilən yerə köçmək böyük narahatlıq doğurur. Hazırda cütlük yaş yarımlıq oğullarını böyüdür və daha bir körpənin dünyaya gəlişini gözləyirlər.

Pikenin transferinə "Mançester Yunayted"in baş məşqçisi Lui van Qal maraq göstərir. Hollandiyalı İngiltərə çempionatının beş oyununda qapısından səkkiz top buraxan komandanın müdafiəsini möhkəmləndirmək istəyir. Bundan əvvəl Pike "qırmızı şeytanlar"da artıq çıxış edib. Belə ki, 2004-2008-ci illərdə onun hesabında 23 oyun və 2 qol var.

Futbolçu özü ingilis klubunda daha çox oyun təcrübəsi əldə edə bilərdi. Çünki indi "Barselona"da müdafiəsinin mərkəzində əsas heyətdə yer uğrunda rəqabətdə fransız Jeremi Mate qalib gəlir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti