...

İbrahimoviç film çəkir

İdman Materials 3 Oktyabr 2014 18:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

İsveç millisi və PSJ komandasının hücumçusu Zlatan İbrahimoviç karyerası haqqında sənədli film çəkəcək.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, film "Rusenqordan bir qoldan artıq" ("From Rosengard with more than one goal") adlanacaq.

Film Z.İbrahimoviçin "Mən Zlatanam" avtobioqrafik kitabı əsasında çəkiləcək. Sənədli filmdə, əsasən, futbolçunun yığmada vurduğu qollar üzrə rekorduna yer ayrılacaq.

İsveç telekanallarından biri bu işdə oyunçuya kömək edəcək.

Xəbər lenti

Xəbər lenti