...

Yığma komandamızın rəqibi bu gün müəyyənləşəcək

İdman Materials 5 Yanvar 2015 13:03 (UTC +04:00)
Azərbaycanın yeniyetmə futbolçularından ibarət yığma komandasının Rusiyada keçirilən beynəlxalq turnirin növbəti mərhələsindəki rəqibi bu gün bəlli olacaq.
Yığma komandamızın rəqibi bu gün müəyyənləşəcək

Azərbaycan, Bakı, 5 yanvar /Trend, müxbir İlkin İzzət/

Azərbaycanın yeniyetmə futbolçularından ibarət yığma komandasının Rusiyada keçirilən beynəlxalq turnirin növbəti mərhələsindəki rəqibi bu gün bəlli olacaq.

Trend xəbər verir ki, FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirdə 1997-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığmasının növbəti rəqibi bu gün Slovakiya və Sankt-Peterburq komandaları arasında Bakı vaxtı ilə 17.30-da keçiriləcək matçdan sonra müəyyənləşəcək.

Qeyd edək ki, birinci qrup mərhələsində Yaponiyanı 1:0, Rusiya-2 komandasını 4:2 hesabı ilə məğlub edən yığmamız növbəti mərhələyə qrup lideri kimi yüksəlib. Komandamız növbəti oyununu yanvarın 7-də keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti