...

"Qarabağ" "Sürix"lə qarşılaşacaq

İdman Materials 5 Yanvar 2015 17:02 (UTC +04:00)
"Qarabağ"ın rəqibləri dəqiqləşib.
"Qarabağ" "Sürix"lə qarşılaşacaq

Azərbaycan, Bakı, 5 yanvar /Trend/

"Qarabağ"ın rəqibləri dəqiqləşib.

Trend klubun saytına istinadən məlumat verir ki, Premyer Liqanın qış fasiləsinə lider kimi yollanan "Qarabağ" hazırlıqlara hər zaman olduğu kimi Antalyada başlayacaq. Ağdam təmsilçisi yanvarın 10-da yığışacaq və təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq.

Fevralın 1-dək Antalyanın Belek bölgəsində məskunlaşacaq "Qarabağ" bu müddətdə 6 yoxlama oyunu keçirməyi planlaşdırır.

"Qarabağ"ın yoxlama oyunlarının proqramı belədir:

17 yanvar - Split (Xorvatiya)
21 yanvar - Sürix (İsveçrə)
24 yanvar - Levski (Bolqarıstan)
27 yanvar - Legiya (Polşa)
29 yanvar - Mordoviya (Rusiya)
31 yanvar - Tarqu Mureş (Ruminiya)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti